Bakıda bazarın qarşısında avtomobil piyadanı vurdu

OXUNUB: 547 HADİSƏ

Bakıda bazarın qarşısında avtomobil piyadanı vurub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

"8-ci kilometr bazarı"nın qarşısında yolun digər tərəfinə keçmək istəyən 1968-ci il təvəllüdlü Əbilhəsənov Həsən Əbülhəsən oğlunu "Mercedes" markalı minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR