Bakıda bərbər müştərisi tərəfindən döyülüb

OXUNUB: 707 SOSİAL

Bakıda bərbər müştərisi tərəfindən döyülüb.

 Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində bərbər kimi fəaliyyət göstərən 1989-cu il təvəllüdlü Vəliyev Vüsal Asif oğlu müştərisi ilə mübahisə edib. 

Mübahisə əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə V.Vəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. O 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR