Bakıda beş nəfər köməksiz qaldı

OXUNUB: 569 HADİSƏ
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə Bakı şəhərinin Yasamal, Nizami və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı üç müraciət daxil olub.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən beş nəfərin liftdən çıxarılması təmin edilib.

RƏYLƏR