Bakıda binanın girişində kişi meyiti tapılıb - FOTO

OXUNUB: 754 HADİSƏ

Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində kişi meyiti tapılıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, qəsəbənin "D” yaşayış sahəsinin sakini, 60 yaşlı Sabir Səmədovun meyiti bu gün səhər saatlarında yaşadığı 13 saylı binanın blokunda aşkarlanıb.

Dərhal bu barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verilib. Qonşular mərhumun tüfeyli həyat keçirdiyini, həmişə içkili vəziyyətdə olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, S.Səmədovun oğlu Rauf Səmədov 2009-cu il oktyabrın 2-də özünü yaşadığı evin 9-cu mərtəbəsindən ataraq intihar etmişdi. 

 

RƏYLƏR