"Bakıda bircə səhv etsəniz, onun acısını yaşayacaqsınız"

OXUNUB: 797 SOSİAL

"Bakı trasında bircə səhv etsəniz, onun acısını yaşayacaqsınız. Çünki burada təhlükəli döngələr var ki, səhv edib orda maneəyə çırpıla bilərsən, lakin Bakı trası eyni zamanda yüksək sürətlə sürməyə imkan verir. Təbii ki, təhlükəsizlik daha önəmlidir. Burda həm də Monakoda olduğu kimi təkərləri yandırmaq lazım gəlmir. Bakı trası ecazkardır və ildən-ildə populyarlığı artır".

Bunu 2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi, Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikardo Bakıya səfərinin yekunları ilə bağlı keçirilən yerli və əcnəbi jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

 

Bununla yanaşı, pilot deyib ki, bu idman növündən getsə belə, digər idman növü ilə məşğul olmağa enerjisi qalacaq: "Amma hələ ki, getmək fikrində deyiləm. Nə vaxt Formula1-də istədiyim nailiyyəti əldə etsəm, o zaman digər növlər barədə də düşünə bilərəm".

 

Rikardonun sözlərinə görə, o, bu idmanda özü üçün Luis Həmiltonu nisbətən yaxşı pilot hesab edir: "Bütün pilotlara böyük hörmətlə yanaşıram, onların hamısı mənim rəqiblərimdir. Amma Luisin sürücülük bacarığı olduqca yaxşıdır. O yarış zamanı istənilən vəziyyətdə soyuqqanlılığını qoruya bilir. Luisin həyatında sarsıntılar da olub, amma müvazinətini saxlayıb. Ona görə də ona hörmətim var. Digər hörmət bəslədiyim pilot isə Fernando Alonsodur".

 

Növbəti yarış ilində ciddi dəyişikliyin olmasını istəməyən pilot hər halda Bakı trası ilə bağlı öz təklifini də verib: 


"İçərişəhərdə divarın yanında trası 30 sm sola çəksələr yaxşı olardı. Ümumiyyətlə isə Bakıda hər şeydən razıyam. Musiqidən də, havadan da. Yarışa gəldikdə ən ecazkar tras Bakı trası olub"./milli


İcmal.Az

RƏYLƏR