Bakıda biznes mərkəzində faciə: Ölən var

OXUNUB: 744 HADİSƏ

Bakıda şirkətlərdən birində ölüm hadisəsi baş verib.

Cəlil Məmmədquluzadə küçəsində yerləşən "City Point” biznes mərkəzində yerləşən şirkətin əməkdaşı, 1956-cı il təvəllüdlü Ağası Hüseynovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişənədək o keçinib.

İlkin məlumata görə, biznes mərkəzindəki şirkətlərdən birində sürücü işləyən A.Hüseynov ürək tutmasından vəfat edib.

Araşdırma aparılır./lent

 İcmal.Az


RƏYLƏR