Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz

OXUNUB: 921 SOSİAL
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Ağ Şəhər", "Sahil" parkı və Heydər Əliyev Mərkəzi parkının ərazisində Wi-Fi əhatə dairəsini genişləndirib.

 
İcmal.Az xəbər verir ki, bunu Trend-ə İB-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.

Onun sözlərinə görə, simsiz şəbəkənin genişləndirilməsi üzrə işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Bu layihə hazırda Dənizkənarı Milli Park və İçərişəhər ərazisini əhatə edir.

Ödənişsiz şəbəkədən istifadə etmək üçün mobil telefonda "Baku loves you" şəbəkəsini seçmək lazımdır.

İcmal.Az

RƏYLƏR