Bakıda çay evi yanıb

OXUNUB: 1028 HADİSƏ

Bakıda çoxmərtəbəli binada yerləşən çay evində yanğın olub.

İcmal.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m2 olan çay evinin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İcmal.Az

RƏYLƏR