Bakıda çevik polis alayının əməkdaşı intihar edib?

OXUNUB: 299 HADİSƏ

Bakıda intihar hadisəsi baş verib.

İcmal.az mediapost-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1989-cü il təvəllüdlü Əhmədov Mirzə Rafiq oğlu özünü yaşadığı evdə asıb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

"MediaPost"un etibarlı mənbədən əldə etdiyi məlumata görə, intihar edən R.Əhmədov Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının əməkdaşı olub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən nazirliyin sözçüsü, polkovnik Ehsan Zahidov belə bir məlumatın yanlış olduğunu bildirib.

RƏYLƏR