Bakıda daha bir avtobus qəzası — Prado ilə toqquşdu - FOTOLAR

OXUNUB: 1633 HADİSƏ
Paytaxt Bakıda avtobus qəzası baş verib.


6 nömrəli xətt üzrə hərəkət edən 10 TH 015 dövlət nömrə nişanlı marşrut avtobusu ilə 99 DS 966 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil toqquşub.

Şərifzadə 13 ünvanında qeydə alınan qəzada avtobusla minik avtomobili üz-üzə toqquşub. İnsident nəticəsində ciddi xəsarət alan olmayıb. Sərnişinlər avtobusdan düşürülüb. Ağ rəngli "Prado" markalı avtomobilə ciddi ziyan dəyib. Avtobusun da ön hissəsi əzilib.

"Ölkə.Az" qəza yerindən fotoları təqdim edir.
 


RƏYLƏR