Bakıda DƏHŞƏT: Yoldan çıxan avtomobil yardımçı yola aşdı - VİDEO - FOTO

OXUNUB: 591 HADİSƏ

Paytaxtın Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, qəza Aeroport yolunda qeydə alınıb. Koroğlu metrosu istiqamətində yüksək sürətlə hərəkətdə olan "Lexus" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Əsas yoldan çıxan avtomobil dəmir arakəsmələrə çırpılıb, daha sonra isə yardımçı yolda aşıb. Qəza nəticəsində avtomobil tam yararsız hala düşüb. Maşında olan sürücü və sərnişin xəsarət alıb.

Yaralılar taksi ilə xəstəxanaya çatdırılıb. Hadisə yerində polis əməkdaşları olublar.

 

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

İcmal.Az

Bakıda DƏHŞƏT: Yoldan çıxan avtomobil yardımçı yola aşdı

RƏYLƏR