Bakıda dostların içki məclisində dava düşdü — 1 yaralı

OXUNUB: 747 HADİSƏ
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən insident baş verib.


İcmal.Az "Report"a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, 1416 ünvanında yerləşən kafedə qeydə alınıb.

1976-cı il təvəllüdlü Şahbazov Aydın Xanoğlan oğlu dostu ilə yeyib-içdikdən sonra aralarında anlaşılmazlıq səbəbindən mübahisə düşüb. Bu zaman dostu içki şüşəsini A.Şahbazovun baş nahiyəsinə vurub. O, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR