Bakıda doğulmuş milyarder qadını Anqolada işdən çıxardılar

OXUNUB: 707 DÜNYA

Anqola prezidenti Joao Lourens ölkənin dövlət neft şirkəti "Sonangol"un idarə heyətinin rəhbəri olan milyarder, keçmiş president Xose duş Santosun qızı İzabel duş Santosun işdən azad edilməsinə dair sərəncam verib.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, Bakıda anadan olmuş İzabel duş Santos Afrikanın ən zəngin qadınıdır və onun 3.5 milyard dollarlıq sərvəti var. Bu yaxınlaradək Anqola prezidenti olmuş Xose duş Santos vaxtilə Azərbaycanda, indiki Neft və Sənaye Universitetində təhsil alıb. Həmin vaxt rus tələbə ilə ailə qurub və bu evlilikdən Bakıda qızı dünyaya gəlib.

Xose duş Santosun istefasından sonra hakimiyyətə gələn prezident Luurens əsas missiyasının korrupsiya ilə mübarizə olduğunu və Santosun ailəsinin iqtisadiyyata təsirini azaldacağını bildirmişdi.

 

Bu yaxınlarda Anqolanın Milli Varidat Fondu tərəfindən İzabel duş Santosun qardaşı Jose Flamingo ilə yaxın olan iş adamına milyonlarla dollar ödənildiyini üzə çıxmışdı. İzabel duş Santos bildirirdi ki, onun neft şirkətinin rəhbəri vəzifəsini tutması atasının prezidentliyinə görə deyil, biznesdəki nailiyyətləri ilə bağlıdır.

İcmal.Az

RƏYLƏR