Bakıda DSQ-nın avtobusu qəzaya düşdü: Ölənlər var

OXUNUB: 815 HADİSƏ
Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107” markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına (DSQ) məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107”-dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb.

Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. 

Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
İcmal.Az

RƏYLƏR