Bakıda döyülən gənc xəstəxanalıq oldu

OXUNUB: 465 HADİSƏ
Bakıda döyülmə faktı qeydə alınıb. Hadisə ötən gün saat 17 radələrində Nəsimi rayonunda baş verib.

Belə ki, Asif Məhərrəmov küçəsi, 19 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək xəsarətlər alan 1997-ci il təvəllüdlü Hüseynli Qurban Rza oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Açıq kəllə-beyin travması alan gənc hazırda reanimasiya şöbəsində müalicə alır.

Hadisə ilə bağlı araşdırma aparılır.

RƏYLƏR