Bakıda ƏMƏLİYYAT: 27 yaşlı qadın narko-kuryer tutuldu

OXUNUB: 821 HADİSƏ
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.
 
Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR