Bakıda ər arvadını döyərək ölümcül vəziyyətə salıb

OXUNUB: 833 HADİSƏ

Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.

 Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, ev - 6, mənzil 4-də yaşayan 31 yaşlı Rəsmiyyə Baba qızı Niftullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən ölümcül döyülüb.

Yaralı xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Baş nahiyəsinin əzilmiş-kəsilmiş yarası alan R.Niftullayevanın vəziyyətini həkimlər kafi qiymətləndirir. Qadın öz həyat yoldaşı tərəfindən nə səbəbə döyülməsini açıqlamasa da, bunun hər gün təkrarlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsi tərəfindən araşdırmaya başlanılıb./report

 

İcmal.Az

RƏYLƏR