Bakıda “Etika Forumu-Bakı 2017” reallaşıb - FOTOLAR

OXUNUB: 2928 QHT
İCMAL.az xəbər verir ki, "Etika Akademiyası” 8 iyun, 2017-ci il tarixində ölkənin milli dəyərlərini, etik prinsiplərini, qlobal standartlara uyğunluğunu dünya ictimaiyyətinə çatdırmaq və təbliğatına diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstəyi şurası ilə birgə "Etika Forumu-Bakı 2017” adlı tədbir keçirilib. Forumun birinci hissəsində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, "Etika Akademiyası” qısa müddətdə mühüm işlər görüb. V.Quliyev çıxışında etika haqqında geniş məlumat verib və etik prinsiplərinin cəmiyyətimizdə, həyatımızda ən vacib məsəllərdən biri olduğunu vurğulayıb. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirin ərsəyə gətirilməsində əməyi olan hərkəsə təşəkkürünü bildirib. A.Səfixanlı "Etika Akademiyası”nın bu forumunun əsas mövzusu olan həmrəylikdən danışıb. Bildirib ki, Azərbaycanda dilindən, dinindən aslı olmayaraq müxtəlif xalqların nümayəndələri mehriban şəkildə yaşayır və onların hüquq və azadlıqları yüksək səviyyədə müdafiə olunur. Forumda iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Anar Qədiməliyev Etika Akademiyasının həyata keçirdiyi etika dərnəklərinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq akademiya ilə birgə əməkdaşlıqdan razılığını bildirdi. Bundan başqa YAP Gənclər Birliyinin sədri Seymur Orucov eyd etdi ki,, vətəndaş cəmiyyətinin inkişafı üçün belə fəaliyyətlərin çoxalması vacibdir o cümlədən, Milli Məclisin deputatı Novruz Aslanov bildirdi ki, etika mədəniyyətin əsas hissədidir və birbaşa cəmiyyətə təsir edir. Tədbirdə digər qonaqlar da çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndiriblər. "Etika Akademiyası”nın rəhbəri Günel İbrahim çıxış edərək forumun əsas məqsədləri haqqında məlumat verimişdir və Etika Akademiyasının bugünə kimi fəaliyyəti dövründə dəstək olan şəxsləri xüsusi nominasiyalar üzrə mükafatlandırıb. Belə ki, Məhəbbət Vəliyeva Etika fənninin öyrənilməsində göstərdiyi dəstəyə görə, Fəxriyyə Xələfova fəaliyyətində milli dəyərlərin peşəkar təbliğatı və tədbiqinə görə, Ombudsman aparatı xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində fəaliyyətinə görə, Sevinc Nəsirova biznes turizm inkişafına verdiyi dəstəyə görə, Mircavad Cəfərov milli musiqimizi beynəlxalq aləmdə layiqli təmsil etdiyinə görə, Sakit Məmmədov milli dəyərləri qlobal və yüksək standartlara açıladığına görə təltif olunub Tədbirdə "Etika Akademiyası”nın fəaliyyəti dövründə görülən işlərdən və qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub. Forumun ikinci hissəsi panel şəklində keçirilmişdir. Panellərdə Mirzə Ələkbər Sabir fondunun rəhbəri Sevda Tahirli, Japon Tabbako İnternational çirkətinin nümayəndəsi Əli Verdiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini Səbinə Nur, A-Level şitkətinin rəhbəri Aydan Əliyeva, Etika Akademiyasın fəaliyyətində birgə əməkdaşlıqlarından, etika normalarının təbliği mövzularında çıxışlar ediblər. Sonda Etika Akademiyasının rəhbəri Günel İbrahim " Etika Forumu- Bakı 2017”-nin bağlanmış elan edib.







RƏYLƏR