Bakıda evakuator dilənçi qadını öldürdü

OXUNUB: 810 HADİSƏ

Bakının Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən "156" evakuasiya xidmətinə məxsus "İsuzu" markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR