Bakıda gənc oğlan salonda işləyən qızların başına oyun açdı - FOTOLAR

OXUNUB: 905 HADİSƏ

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib.

Gənc oğlan gözəllik salonundan oğurluq edib. Hadisə Ayna Sultanova heykəlinin yaxınlığnda yerləşən Ameliya gözəllik salonunda baş verib. Belə ki, bir nəfər şəxs özünü Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı kimi təqdim edərək salonun işcilərindən pul istəyib. Pul ala bilmədiyini görən "qonaq" binanın zirzəmisində kanalizasiya xəttində problem olduğunu söyləyərək işçilərdən mobil telefon istəyib. Bildirib ki, telefonu problem olan yerin fotosunu çəkmək üçün istəyir. Nəticədə gənc oğlan salonun əməkdaşına məxsus Samsung J 7 telefonunu götürərək qaçıb./goldnews

İcmal.Az

RƏYLƏR