Bakıda gənc qadın əri tərəfindən döyülərək bıçaqlanıb

OXUNUB: 758 HADİSƏ

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 21-də qeydə alınıb.

Belə ki, 27 yaşlı Rəhimova Aynur Şöhrəddin qızı mübahisə zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən bir gün əvvəl A.Rəhimova əri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib, müayinə olunduqdan sonra isə evə buraxılıb./report

 İcmal.Az


RƏYLƏR