Bakıda gənc qızı və ahıl qadını avtomobil vurdu

OXUNUB: 1018 HADİSƏ

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Abbasova Arzu Qasım qızı yolu keçən zaman baş verib. Qəzanı "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Yaralı sürücünün köməyi ilə xəstəxanaya yerləşdirilib.

Bakı metropoliteninin Nizami stansiyası yaxınlığında ahıl qadını avtomobil vurub. Hadisə 1956-ci il təvəllüdlü Həsənova Rəna İsrafil qızı Yasamal rayonu ərazisində yolu keçmək istəyən zaman baş verib. Hadisəni "Nissan" markalı avtomobilin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR