Bakıda gənc qızın küçədə ürəyi getdi, yerə yıxılıb çapaladı - VİDEO

OXUNUB: 794 SOSİAL
Bakıda gənc qızın küçədə qəfildən halı pisləşib.

Goldnews.az xəbər verir ki, bu barədə facebook istifadəçisi Arzu Rüstəm özünün sosial şəbəkə hesabında video paylaşıb. Kadrlardan da görünür ki, gənc qız yerə uzanaraq çırpınır, ona ilkin yardımı isə ərtafdakı insanlar göstərir.

Videonu paylaşan şəxs iddia edir ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları gec gəliblər, onlar gələnə kimi isə qızın vəziyyəti yaxşılaşıb və evinə aparılıb.

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, bir neçə gün əvvəl də Bakıda - küçədə gənc oğlan özünü qəfildən pis hiss edib, təcili yardım əməkdaşları hadisə yerinə gələnə qədər o keçinib. İnsanlar tibb işçilərini hadisə yerinə gec gəlməkdə günahlandırıblar. Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyev isə deyilənləri təkzib edib.

 

İcmal.Az

RƏYLƏR