Bakıda həm “avtoş”, həm də yolkəsən qoçu peyda olub – 90 CC 788 - VİDEO

OXUNUB: 572 HADİSƏ

Bakıda qoçuluq edən daha bir sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntüləri qeydə alan sürücü yanvarın 2-də, təxminən saat 17:56 radələrində

A.Salamzadə küçəsində öz zolağıyla hərəkət edən zaman 90-CC-788 qeydiyyat

nişanlı "Lexus" markalı avtomobilin sürücüsü onun qarşısına keçərək qəfil tormoz

verib. Bunu görən sürücü təhlükədən yayınmaq üçün zolağını dəyişən zaman

qarşıdakı sürücü yenidən onun hərəkətini məhdudlaşdırıb. Beləliklə, o, qarşısındakı

sürücünün təhlükəli olduğunu görüb uzaqlaşmaq istəsə də, 90-CC-778 qeydiyyat

nişanlı avtomobilin sürücüsü onun qarşısını kəsərək təhlükəli hərəkətlər edib. Bu

hərəkətlər birbaşa İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinin tələblərinin

pozulması ilə nəticələnir. 
Videogörüntüdən aydın şəkildə görünür ki, "Lexus" markalı avtomobilin sürücüsü

ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca

hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq

pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edir. Belə ki, o gah zolağını dəyişmək

istəyən sürücünün qarşısına keçib yol vermir, gah qəfil tormozlama edir, gah da sağdan

ötmə edir. Ümumiyyətlə, 3 dəqiqəlik video boyu təhlükəli manevrlərin sayı-hesabı bilinmir.

Sürücünün bütün hərəkətlərini analiz edəndə görünür ki, burada ardıcıl olaraq qayda

pozuntuları var. Bu qayda pozuntuları qəsdən edilir və cəmiyyətə açıq-aşkar hörmətsizlik

nümayiş olunur. İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsində isə belə yazılıb: 
511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və

əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,

yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan

qərəzli hərəkətlərə görə -
nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan

yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ

bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə

alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Ümid edirik, DYP rəsmiləri digər hərəkət iştirakçılarına təhlükə yaradan bu sürücü barəsində

vaxtında müvafiq tədbir görər. 
Görüntüləri təqdim edirik./Avtosfer.az

 

İcmal.Az

 
 
 
 

RƏYLƏR