Bakıda hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batıb

OXUNUB: 1098 HADİSƏ

Bakının Binəqədi rayonunda fəhlə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Hadisə Xocasən qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Dövran Adıgözəlov fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində iş görən zaman yerə yıxılıb. Nəticədə yerdə olan dəmir parçası onun boğaz nahiyəsinə batıb.

Həmçinin kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib./report

 İcmal.Az


RƏYLƏR