Bakıda "Hyundai" yol ayrıcısına çırpılıb, ölən var

OXUNUB: 534 HADİSƏ

Bakıda "Hyundai" yol ayrıcısına çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində "Hyundai" markalı minik avtomobili yol ayrıcısına çırpılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

İcmal.Az

RƏYLƏR