Bakıda iki sərnişin avtobusu toqquşdu: 10-dan çox yaralı var

OXUNUB: 811 HADİSƏ

Sabah Yerə yaxınlaşacaq "Florence” asteroidi Bakı vaxtı ilə 16.06-da Yerlə ən yaxın məsafədə olacaq.

İcmal.Az-ın xəbərinə görə, bunu Trend-ə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

"Florence”in Yerə yaxınlaşan ən böyük asteroid olduğunu deyən X.Mikayılov qeyd edib ki, sabah 16.06-da həmin asteroidlə Yer arasındakı məsafə 7 milyon km olacaq.

Bunun çox böyük məsafə olduğunu açıqlayan direktor müavini qeyd edib ki, "Florence” Yerə cənub-şərq istiqamətindən başlayaraq yaxınlaşacaq, cənub-qərb istiqamətindən isə uzaqlaşacaq:

"Asteroid üfüqdən 30 dərəcə hündürlükdən – təxminən ekvator müstəvisindən yuxarıdan keçəcək. Asteroid keçən zaman hava işıqlı olacağından biz onun Yerə yaxınlaşma anını adi gözlə müşahidə edə bilməyəcəyik. Amma sentyabrın 1-də axşam onun Yerdən uzaqlaşmasını 10-15 sm-lik teleskoplarla müşahidə etmək olar”.

X.Mikayılov "Florence” asteroidinin yaxınlaşmasının Yer üçün heç bir təhlükə yaratmadığını da söyləyib.

İcmal.Az

RƏYLƏR