Bakıda iki şəxs arasında bıçaqlaşma olub, biri ölüb, digəri yaralanıb

OXUNUB: 817 SOSİAL HADİSƏ

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

 Mehmandarov, 20 ünvanında 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu onu təhqir edən şəxslə mübahisə edib.

Bu zaman tərəflər bir-birlərinə qarşılıqlı olaraq bıçaq zərbələri endiriblər. İki bıçaq xəsarəti alan V.Həsənov polis nəzarəti altında 3 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb./report

 

 

İcmal.Az

RƏYLƏR