Bakıda intihara cəhd edən şəxs xilas edilib

OXUNUB: 666 AZƏRBAYCAN HADİSƏ
Bakıda intihara cəhd olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

RƏYLƏR