Bakıda iranlı tələbəni qarət etdilər

OXUNUB: 560 SOSİAL

Bakıda iranlı tələbə qarət olunub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda kirayədə yaşayan İran İslam Respublikasının vətəndaşı Afsaryan Seyidsübhan Seyidhaşim polisə müraciət edərək yaşadığı evdən 5 min manat pul və 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Afsaryan Seyidsübhan Seyidhaşim Azərbaycan Milli Konservatoriyasının tələbəsidir.

İcmal.Az

RƏYLƏR