Bakıda iyrənc hadisə — Ailəli qadını intim fotoları ilə hədələdi, 12 min manatını aldı

OXUNUB: 643 HADİSƏ
İcmal.Az "Ölkə.Az”a istinadən xəbər verir ki, Məmmədov Miriyusif Ələmdar oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 23-də hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək. 

İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Nəzərova Arzu Nazim qızı Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.
O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

Müəyyən edilib ki, Miryusif Məmmədov Arzu ilə sosial şəbəkələrdən birində tanış olub.

Sonradan Miryusif ilə Arzunun münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər.
Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.

Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.

Miryusif Arzudan ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.

Bundan sonra Arzu hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.

İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib.

Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İcmal.Az

RƏYLƏR