Bakıda kafedə dava: Yaralanan var

OXUNUB: 932 HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Firudin Ağayev küçəsində fəaliyyət göstərən kafelərdən birində əlbəyaxa dava olub. Nəticədə 34 yaşlı Yevgeniy Karol Anatoliyeviç bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR