Bakıda kişi bahalı maşınla qızı vurub öldürdü

OXUNUB: 711 HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən İcmal.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 

"99 HS 630” dövlət nömrə nişanlı, "Mercedes GL-550” markalı avtomobilin sürücüsü Yolçu Şükürov Buzovna qəsəbəsində Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub. 

Qadın aldığı xəsarətdən hadisə yerində keçinib. 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR