Bakıda kişi sevdiyi qadını övladı ilə birlikdə qaçırdı

OXUNUB: 781 HADİSƏ

Bakıda kişi sevdiyi qadını və onun iki yaşlı övladını qaçırıb.

Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini 1978-ci il təvəllüdlü Yusifova Gülxanım Rəsul qızı müraciət edib. O bildirib ki, avqustun 5-də saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb. 

Qadının sözlərinə görə, Eldar Aytəni evlənmək məqsədi ilə qaçırıb. Hazırda polis faktla bağlı araşdırma aparır./oxu

 

İcmal.Az

RƏYLƏR