Bakıda küçə iti 2 yaşlı uşağı dişlədi

OXUNUB: 1020 HADİSƏ

Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb.

İcmal.Az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 

Belə ki, Salyan şossesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənarda qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən küçə itləri ona hücum ediblər. 

İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.

İcmal.Az

RƏYLƏR