Bakıda küçədə qucaqlaşan cütlüyə görə dava düşdü - 52 yaşlı kişi qətlə yetirildi

OXUNUB: 666 AZƏRBAYCAN HADİSƏ
Bakıda küçədə mübahisə qətllə nəticələnib.
İCMAL.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 28 ünvanında, yolun kənarında baş verib.
1997-ci il təvəllüdlü Tağıyev Murad Elşən oğlu gecə saatlarında həmin ünvanda yolun kənarı ilə hərəkətdə olarkən orada Feyziyev Qəribağa Nadir oğlu ilə Çərkəzzadə Sərfinaz Elxan qızının sərxoş vəziyyətdə qucaqlaşaraq sevişdiklərini görüb.
M.Tağıyev həmin şəxslərə yaxınlaşaraq onlara iradını bildirərkən kənarda dayanan, sərxoş cütlüklə birlikdə yeyib-içmiş 1967-ci il təvəllüdlü Novruzov Hamlet Nurəddin oğlu sərxoş vəziyyətdə M.Tağıyevə yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.Tağıyev üzərində gəzdirdiyi bıçaqla H.Novruzovu qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

RƏYLƏR