Bakıda kütləvi dezinfeksiya başlanılıb

OXUNUB: 926 SOSİAL

Bakıda Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

İcmal.Az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova APA-ya məlumat verib.

O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzaladığı əmrə əsasən, Bakı şəhərində yerləşən bağçalar, xəstəxanalar və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır. 

Qeyd edək ki, son zamanlar Azərbaycanın həmsərhəd olduğu dövlətlərdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

 

İcmal.Az

RƏYLƏR