Bakıda lüks avtomobil İTV-nin maşını ilə toqquşdu

OXUNUB: 683 HADİSƏ

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. 

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, saat 09 radələrində Nərimanov rayonu ərazisində keçmiş Teymur Əliyev, hazırki Məmməd Araz küçəsində (Milyonerlər məhəlləsi kimi tanınan küçə) "Chevrolet Camaro" ilə İctimai Televiziyaya məxsus avtomobil toqquşub. 

Nəticədə 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
 
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR