Bakıda makler cinsi əlaqə təklif etdiyi ev sahibini döydü- VİDEO

OXUNUB: 1086 HADİSƏ

Paytaxtın Ramana qəsəbə sakini Ləman Heydərovanın iddiasına görə, ona ev tikmək məqsədi ilə Laçın Vəliyev adlı şəxslə şifahi razılaşma əldə edib. Razılaşmaya əsasən, 42 min manat pulun qarşılığında Laçın Vəliyev Ləman Heydərovaya ev tikib təhvil verməliymiş. 

Ev sahibi 34 min manat versə də ev tikilib qurtarılmayıb. Buna görə də, o, pulun geri qalan 8 min manatını ödəməyib. Qadının sözlərinə görə Laçın Vəliyev onu narahat etməyə başlayıb. Üstəlik evi Ləman Heydərovanın adına keçirməyib. Keçirmək üçün isə hətta ona cinsi əlaqə təklif edib, gündə bir dəfə.

Laçın Vəliyev isə iddiaları təkzib edir, evin tikintisində heç bir yarımçıq iş qalmadığı deyir. Onun sözlərinə görə ev tam tikilib, təmirli halda Ləman Heydərovaya təhvil verilib. Üstəlik Ləmanın evinə basqın da etməyib.

Laçın Vəliyev deyir ki, əgər onun 8 min manatını qaytarsa, evi qadının adına keçirəcək. Tərəflər problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. /goldnews.az

 İcmal.Az


 

RƏYLƏR