Bakıda məktəblilərə məcburi bilet satılır (FOTO)

OXUNUB: 844 GÜNDƏM HADİSƏ
Bakı şəhərində bir sıra məktəblərdə yeni il şənliyi ilə bağlı biletlər məktəblilərə məcburi şəkildə satılır.

Valideynlərdən azvision.az -a daxil olan məlumata əsasən, belə bir fakt 231 nömrəli məktəbdə müşahidə edilib. Belə ki, məktəb rəhbərliyi şirkət tərəfindən keçiriləcək yeni il proqramının biletlərinin satılması ilə bağlı sinif rəhbərlərinə göstəriş verib. Şagirdlərdən artıq məcburi şəkildə 5 manatlıq biletlər üçün pulun yığılmasına başlanılıb. 

Bundan əlavə, məktəbin giriş qapısında da yeni il şənliyi ilə bağlı bağlı elan da vurulub. 

231 nömrəli orta məktəbdən Azvision.az isə bildirilib ki, Yeni il şənliyi ilə əlaqədar özəl qurumlardan birindən təqdim olunmuş afişa elanlar lövhəsinə vurulsa da, bilet satışına yol verilməyib, valideyn və şagirdlər arasında bununla bağlı təbliğat aparılmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı məqsədə müvafiq hesab edilmir. "Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq yolverilməz hesab olunur, belə hallar üçün məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır və ciddi tədbirlər görülür”. 
 
İcmal.Az
 

RƏYLƏR