Bakıda məşhur supermarketdə yanğın – FOTO

OXUNUB: 701 HADİSƏ

Bakıda "Neptun” supermarketlərindən birində güclü yanğın baş verib. 

Yanğın "28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç., 102 ünvanında yerləşən mağazada baş verib.

Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.  

Hadisəyə səbəb kimi qısaqapanma göstərilir. /apa

İcmal.Az

 

E.Ə.

RƏYLƏR