Bakıda metro yaxınlığında “piyada tələsi” - Foto

OXUNUB: 467 HADİSƏ

Bakıda Nəriman Nərimanov metrosunun yaxınlığında piyadal üçün təhlükəli vəziyyət yaranıb.  

7News.Az xəbər verir ki, piyadaların yolunun üzərində təxminən 1 metr dərinliyində çuxur qazılıb. Maraqlısı budur ki, həmin çuxur piyadaların çoxluq təşkil etdiyi yerdədir və onu ətrafında heç bir xəbərdarlıq nişanı yoxdur. Çünki metrodan çıxan sərnişinlər piyada zolağından yolu keçərkən həmin yerdən hərəkət edirlər. 

Ətrafdakılar çuxurun onun yanındakı reklam löhvəsi ilə əlaqəli qazıldığını iddia edirlər.

Sizə həmin fotoları təqdim edirik.

İcmal.Az

RƏYLƏR