Bakıda Milli Qəhrəmanın oğlunun avtomobilindən oğurluq oldu

OXUNUB: 617 HADİSƏ

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad Rəhimova məxsus "Mercedes" markalı avtomobildən oğurluq edilib.

İcmal.Az report-a istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilə maddi ziyan vurub və maşının ehtiyat hissələrini oğurlayıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır.

 

Qeyd edək ki, avtomobilin sahibi Milli Qəhrəman Koroğlu Rəhimovun oğludur.

İcmal.Az

RƏYLƏR