Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb

OXUNUB: 524 HADİSƏ

Bakının Xəzər rayonunda motosiklet piyadanı vuraraq öldürüb.

Hadisə Bilgəh qəsəbəsindən Buzovnaya gedən yolda baş verib.

Otuz üç yaşlı Şabanov Zamiq Vadim oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyən ad-soyadı hələlik məlum olmayan 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Motosikletin sürücüsü Z.Şabanov ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb./report

 

İcmal.Az

RƏYLƏR