Bakıda müğənni Fədayə Laçının məhkəməsi başladı

OXUNUB: 803 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi başlayıb.

İcmal.Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsləri anket məlumatları dəqiqləşdirilir. 

Qeyd edək ki, saxlanılan şəxslər CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Hazırda proses davam edir. 

İcmal.Az

RƏYLƏR