Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb

OXUNUB: 773 HADİSƏ

Bakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb.

 1977-ci il təvəllüdlü Əliyev Teymur Əli oğlu Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb.

O, "təcili yardım" vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, T.Əliyevə iki bıçaq zərbəsi vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır./report

 

İcmal.Az

RƏYLƏR