Bakıda orta yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb

OXUNUB: 702 HADİSƏ

Sabunçu rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava olub.

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

36 yaşlı Abdullayev Səbi Kərəm oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O, naməlum şəxslə əbəyaxa dava edib. Nəticədə ayağından bıçaqlanan S.Abdullayev 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR