Bakıda orta yaşlı qadın sevgilisi tərəfindən bıçaqlandı

OXUNUB: 661 HADİSƏ

Bakıda orta yaşlı qadın sevgilisi tərəfindən bıçaqlanıb.

İcmal.Az-ın Report-a istinadla xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Əliyeva Maya Əbülfət qızına sevgilisi ilə mübahisə zamanı 2 bıçaq xəsarəti yetirilib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

İcmal.Az

RƏYLƏR