Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb

OXUNUB: 442 HADİSƏ

Sabunçu rayonunda naməlum şəraitdə bir nəfər xəsarət alıb.

Hadisə Bakıxanov qəsəbəsində baş verib.

Avtobus sürücüsü Sülh küçəsində yerləşən parkda təxminən 40-45 yaşlı kişinin qarının açıq kəsilmiş yaralarını görüb ona kömək edib. 

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, adı hələlik bilinməyən şəxs bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib.

Hadisənin təfərrüatları araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR