Bakıda polis avtomobili ilə “Porsche” toqquşub: Ölən var – YENİLƏNİB

OXUNUB: 754 HADİSƏ

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

İcmal.Az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi "Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi "Fiat-Dobla” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR